13 illik peşəkar aşpazlıq və qənnadçılıq təcrübəsinə malik, işinə məsuliyyətlə yanaşan və daim inkişaf etməyə çalışan işçiyəm. Restoran mühitində uzun illər fəaliyyət göstərərək yüksək keyfiyyətli desertlərin, digər qənnadı məmulatlarının hazırlanması üzrə geniş təcrübə qazanmışam. Eyni zamanda salat, suşi və fast-food istiqamətlərində də peşəkar bilik və bacarıqlara sahibəm.
İş prosesində məhsul keyfiyyətinə, gigiyena standartlarına, dəqiqliyə və vaxtın səmərəli idarə olunmasına xüsusi önəm verirəm. Komanda ilə effektiv işləmək , yüksək iş tempinə uyğunlaşmaq və yeni texnologiya və reseptləri mənimsəmək mənim əsas üstünlüklərimdəndir.
Məqsədim peşəkar bilik və təcrübəmi güclü komandada tətbiq edərək müəssisənin inkişafına dəyər qatmaq, eyni zamanda özümü daim təkmilləşdirmək və qənnadçılıq sahəsində daha yüksək nəticələr əldə etməkdir.
Bakı Turizm Peşə Məktəbi
İxtisas: Aşpaz – Qənnadçı
Təhsil müddəti: 3 il
3-cü dərəcəli diplom
Şirniyyat Şefi (Hal hazırda Pastry Chef işləyirəm.)
Restoran Otel və Caterimg sahələrində işləmişəm.
Müasir və klassik desertlərin hazırlanması
Məhsul keyfiyyətinə və gigiyena qaydalarına nəzarət
Yeni desert reseptlərinin hazırlanması
Komanda ilə koordinasiyalı iş ( Hasap)
Ümumi mətbəx üzrə iş təcrübəm: 13 il